Donald Tramp əfsanəvi qolfçu Tayger Vudsun həbsinə reaksiya verib

29 Mart 2026 00:35
125
Donald Tramp əfsanəvi qolfçu Tayger Vudsun həbsinə reaksiya verib

ABŞ Prezidenti Donald Tramp Floridada baş verən avtomobil qəzasından sonra amerikalı qolfçu Tayger Vudsun həbsinə reaksiya verib.

İdman.Biz xəbər verir ki, daha əvvəl Vudsun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olunduğu bildirilirdi. Martin dairəsinin şerifi Con Budensik isə Vudsun spirtli içkinin təsiri altında olmadığını bildirib.

“Çox təəssüf edirəm. Bilirəm ki, qəza olub, vəssalam. O, mənim çox yaxın dostumdur, gözəl insandır, amma bəzi çətinlikləri var. Bu barədə danışmaq istəmirəm"” - deyə “Sky Sports” Trampdan sitat gətirib.

Qeyd etmək lazımdır ki, 50 yaşlı Vuds vəziyyətini ayaq əməliyyatlarından sonra sağalmaq üçün dərman istifadə etməklə əlaqələndirməyə çalışıb. 2021-ci ilin fevral ayında Vuds Los-Anceles yaxınlığında baş verən avtomobil qəzasından sonra ciddi ayaq xəsarətləri alıb. Daha sonra o, tibia sümüyünə çubuq qoyularaq, ayağına və topuğuna vintlər və sancaqlar qoyularaq əməliyyat olunub. Təcili əməliyyatdan sonra Vuds üç həftə xəstəxanada yatıb. 2023-cü ilin aprel ayında həmin qəzada aldığı xəsarətlərlə bağlı ən azı bir əməliyyat daha keçirib.

İdman.Biz