Qolfçularımız Parisdə iki medal qazanıblar - FOTO

9 İyul 2026 17:01
439
Qolfçularımız Parisdə iki medal qazanıblar - FOTO

Azərbaycan qolfçuları Fransanın paytaxtı Parisdə keçirilmiş “Paris Invitational 2026 USKIDS” turnirində iki medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qolf Federasiyası məlumat yayıb.

Qrup formatında keçirilən yarışda Emin Rzayev ilə Tural Vəlizadə ikinci yeri tutaraq gümüş mükafata sahib çıxıblar.

Fərdi proqramda isə Emin Rzayev üçüncü yeri tutaraq bürünc medal qazanıb.

İdman.Biz