Fırtınanı çəkən qolfçunun qorxunc anları - VİDEO

11 Avqust 2026 18:09
162
Fırtınanı çəkən qolfçunun qorxunc anları - VİDEO

ABŞ-də qolf meydançasında yaşanan təhlükəli hadisə faciə ilə nəticələnməyə çox yaxın olub.

İdman.Biz xəbər verir ki, Ohayo ştatının Sinsinnati şəhərində qolf oynayan Kris Şiavone fırtınanı telefonla çəkərkən ildırım zərbəsinə tuş gəlib. Hadisə anı onun kamerasına düşüb.

Şiavone həmin vaxt yağışdan qorunmağa çalışarkən palçıqda qalan qolf avtomobilini itələyən dostunu lentə alırmış. Bir neçə saniyə sonra ildırım ona dəyib.

Qolfçunun sözlərinə görə, ildırım onun əlindən keçib və zərbədən sonra qısa müddət ərzində bütün bədənində hissiyyatı itirib. Hazırda o, aldığı xəsarətlərdən sonra bərpa olunur.

İdman.Biz
Məqalədə: