Azərbaycan qolfçusu Emin Rzayev beynəlxalq arenada növbəti uğuruna imza atıb. Gənc idmançı Qazaxıstanın Almatı şəhərində keçirilən “Kazakhstan Junior Open 2026” turnirində birinci yeri tutub.
İdman.Biz xəbər verir ki, yarış iki gün ərzində “Stroke Play Gross” formatında keçirilib.
İki günlük mübarizənin yekunlarına əsasən, Emin Rzayev 10 yaş kateqoriyasında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənc qolfçu bununla ötən il qazandığı uğuru təkrarlayıb və “Kazakhstan Junior Open” turnirində ardıcıl ikinci dəfə çempion adını qazanıb.
Rzayevin Qazaxıstandakı nəticəsi onun beynəlxalq turnirlərdə növbəti uğuru olmaqla yanaşı, Azərbaycan qolfunun yeniyetmələr arasında inkişafı baxımından da diqqət çəkir.
