Türkiyənin İstanbul şəhərində Azərbaycan və Türkiyə qolfçularının iştirakı ilə “Zəfər” turniri keçirilib.
İdman.Biz xəbər verir ki, oktyabrın 9-11-də Kemer Qolf Klubunda təşkil olunan yarışda iki ölkədən ümumilikdə 62 idmançı mübarizə aparıb.
Turnir Türkiyə Qolf Federasiyası və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarış çərçivəsində açılış mərasimi təşkil olunub. Tədbirdə Türkiyə Qolf Federasiyasının prezidenti Yıldırım Dəmirörən və Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov çıxış ediblər.
Federasiya rəhbərləri Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin idman vasitəsilə daha da möhkəmləndiyini vurğulayıblar.
Qeyd edək ki, “Zəfər” turnirinin əvvəlki yarışı 2025-ci ildə Bakıda, “Dreamland” Qolf Klubunda təşkil olunub. Həmin yarışda Azərbaycan və Türkiyədən ümumilikdə 55 qolfçu iştirak edib.
