Futzal üzrə Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda Gürcüstan yığması ilə ardıcıl ikinci qarşılaşmada da məğlubiyyətlə üzləşib - 2:5.
Oyun Tbilisi şəhərində yerləşən İdman Sarayında baş tutub.
Xatırladaq ki, tərəflər aprelin 9-da da eyni arenada üz-üzə gəlib və həmin görüş də meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi aprelin 13 və 15-də Aktauda Qazaxıstan yığması ilə daha iki yoldaşlıq oyunu keçirəcək.
11:39
Bu gün futzal üzrə Azərbaycan millisi Gürcüstan yığması ilə ikinci yoldaşlıq görüşünü keçirəcək.
İdman.Biz xəbər verir ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda yenidən Tbilisidə meydanda olacaq. Qarşılaşma İdman Sarayında saat 14:00-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasında aprelin 9-da keçirilən ilk oyunda ev sahibi Gürcüstan 4:2 hesabı ilə qalib gəlmişdi.
Azərbaycan millisi daha sonra aprelin 13 və 15-də Qazaxıstanın Aktau şəhərində iki yoldaşlıq görüşünə çıxacaq.
