Azərbaycanın futzal millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Yevgeni Kukseviçin başçılıq etdiyi komanda 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq.
Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik dörd “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan səkkiz qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn dörd milli elit raunda vəsiqə qazanacaq.
