“Formula-1” Azərbaycan Qran-prisi: Kimi Antonellinin bolidində nasazlıq yaranıb - YENİLƏNİR - VİDEO

24 Sentyabr 2026 13:10
98
“Formula-1” Azərbaycan Qran-prisi: Kimi Antonellinin bolidində nasazlıq yaranıb - YENİLƏNİR

“Mersedes”in italiyalı pilotu Andrea Kimi Antonelli Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində texniki problemlə üzləşib.

Antonellinin bolidində nasazlıq yarandığı üçün trasda sarı bayraq qaldırılıb.

İtaliyalı sürücü problemin hidravlika sistemi ilə bağlı olduğunu bildirib.

12:33

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilib.

İdman.Biz xəbər verir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb.

Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

İdman.Biz