Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək

24 Sentyabr 2026 09:00
95
Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, “Formula-2”də də sərbəst yürüşlə yanaşı, hər biri 20 dəqiqədən ibarət iki sıralama turu gerçəkləşəcək.

20 döngədən ibarət olan Bakı trekində 51 dövrəlik “Formula-1” yarışı ümumilikdə 306.049 km məsafəni əhatə edir.

Azərbaycan Qran-prisində ilk günün proqramı:

10:00. “Formula-2”: Sərbəst yürüş

12:30. “Formula-1”: Birinci sərbəst yürüş

14:00. “Formula-2”: Birinci sıralama turu

14:30. “Formula-2”: İkinci sıralama turu

16:00. “Formula-1”: İkinci sərbəst yürüş

İdman.Biz