Corc Rassel: “Bu, həzz aldığım və kifayət qədər çətin trasdır”

23 Sentyabr 2026 15:03
103
Corc Rassel: “Bu, həzz aldığım və kifayət qədər çətin trasdır”

“Mercedes” komandasının pilotu Corc Rassel “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, britaniyalı pilot Bakı trasının xüsusiyyətlərindən və komandanın yarışdakı gözləntilərindən danışıb.

“Bu, həzz aldığım və kifayət qədər çətin trasdır. Yüksəksürətli döngələr maşınımıza çox uyğundur. Hava şəraitinin də müəyyən təsiri olacaq. Amma buranı sevirəm və ümumilikdə yaxşı trasdır.

Madriddə çox yaxşı yarış tempimiz və güclü performansımız var idi. Təəssüf ki, texniki problem yaşadıq. Bu, məyusedici oldu, çünki podiuma yüksələ bilərdik. Bakı trası bizim maşınımıza Madrid trasından bir qədər daha çox uyğun gəlir. Ona görə də burada daha yaxşı nəticə gözləyirəm.

Bu il bolidin və təkərlərin fərqli olması ilə bağlı müəyyən çətinliklər yaşadıq. Komanda olaraq nələrin işlədiyini müəyyənləşdirmək bizim üçün vacib idi. Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik və burada qələbə uğrunda mübarizə apara biləcəyimizə inanıram”.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

İdman.Biz