Oskar Piastri: “Bakıda yarışmaq həqiqətən maraqlıdır” - FOTO

23 Sentyabr 2026 14:57
82
Oskar Piastri: “Bakıda yarışmaq həqiqətən maraqlıdır” - FOTO

“McLaren” komandasının pilotu Oskar Piastri “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, avstraliyalı pilot Bakıda keçiriləcək yarışla bağlı gözləntilərindən və komandanın hazırlıq prosesindən danışıb.

“Düşünürəm ki, hamı bu trasda yarışmağı səbirsizliklə gözləyirdi. Ümumiyyətlə, hər bir sürücü bu trasa həyəcanla yanaşır. Burada yarışmaq həqiqətən maraqlıdır. Bura gəlmək həmişə çox gözəldir.

Bu, inam tələb edən trasdır. Şəhər trası üçün burada fərqli xüsusiyyətlər var. Çoxlu döngələr mövcuddur. Ümid edirəm ki, bu dəfə yarış bizim üçün daha yaxşı keçər.

Düşünürəm ki, əsas məsələ keçən həftəsonu bolidimizin kifayət qədər sürətli olmasına baxmayaraq, bəzi hallarda potensialını tam göstərə bilməməsi idi. Bununla belə, yaxşı irəliləyiş əldə edirik. Bəzi yenilikləri sınaqdan keçiririk. Onların bəziləri işə yarayır, bəziləri isə yox. Hər halda, olduğumuz yerdə dayanmaq fikrimiz yoxdur”.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.

İdman.Biz