“Cadillac” komandasının pilotu Serxio Peres “Formula-1” üzrə Azərbaycan Qran-prisi öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, meksikalı pilot Bakı yarışında daha yaxşı nəticə göstərmək üçün komandanın son mərhələdə əldə etdiyi irəliləyişin vacib olduğunu bildirib.
“Düşünürəm ki, Monzadakı yarış bizim üçün çox yaxşı keçmədi. Amma ümumilikdə həmin həftəsonu komanda üçün irəliləyiş oldu. Maşını trasda yaxşı idarə etmək vacib idi. Monza trasında çoxlu düz hissə var. Bu isə bizim maşına uyğun deyildi. Ona görə də orada böyük nəticə gözləmirdim.
Buna baxmayaraq, həmin yarış maşının balansını yaxşılaşdırmaq üçün bizə kömək etdi. Monza mərhələsi Bakıda nəticəmizi daha da yaxşılaşdırmaq baxımından bizim üçün bir addım oldu.
Ümid edirəm ki, Bakıda bolidimizi bir qədər də yaxşılaşdıra biləcəyik. Buna görə ümidliyəm və burada daha yaxşı nəticə göstərəcəyimizə inanıram”.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
