“Formula-1”: Bakı Şəhər Halqasında yüzlərlə insan yürüş edib - FOTO

24 Sentyabr 2026 10:48
117
“Formula-1”: Bakı Şəhər Halqasında yüzlərlə insan yürüş edib - FOTO

“Formula-1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində Bakı Şəhər Halqasında fərqli idman tədbiri - “BCC F1 Weekend Run” qaçışı keçirilib.

İdman.Biz xəbər verir ki, təxminən 250 iştirakçı “Formula-1” trekinin altı kilometrlik tam dövrəsini qət edib.

Tədbirə gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.

Qaçış saat 22:00-da başlayıb. İştirakçılar “Formula-1” bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.

Qeyd edək ki, bu gün start götürən yarış sentyabrın 26-da başa çatacaq.

İdman.Biz