Ferstappen Las-Veqas Qran-prisinə ilk start mövqeyindən başlayacaq

21 Noyabr 2026 17:36
35
Ferstappen Las-Veqas Qran-prisinə ilk start mövqeyindən başlayacaq

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə Las-Veqas Qran-prisinə poul-pozisiyadan(ilk start mövqeyindən) başlayacaq.

İdman.Biz “Formula-1”in rəsmi saytına istinadən xəbər verir ki, sıralanma turunda ən yaxşı nəticəni “Mercedes”in italiyalı pilotu Kimi Antonelli göstərib. O, həlledici dövrəni 1 dəqiqə 33,893 saniyəyə başa vuraraq Ferstappeni 0,258 saniyə qabaqlayıb.

Lakin mühərrik dəyişdirməyə görə limitləri aşan Antonelli start mövqeyində beş pilləlik cərimə alıb. Nəticədə o, yarışa altıncı yerdən başlayacaq, Ferstappen isə birinci mövqeyə yüksəlib.

Niderlandlı pilotun yanında “Mercedes”in britaniyalı sürücüsü Corc Rassell qərarlaşacaq. İkinci sıradan isə Lando Norris (“McLaren”) və İsak Hacar (“Red Bull”) start götürəcəklər.

“Ferrari” pilotları üçün sıralanma turu uğursuz alınıb. Şarl Lekler 11-ci, Lüis Hemilton isə 12-ci nəticə göstərərək final mərhələsinə yüksələ bilməyiblər.

“McLaren”in avstraliyalı pilotu Oskar Piastri sıralanma turunu yeddinci pillədə başa vursa da, güc qurğusunun komponentlərini dəyişdirdiyinə görə 10 yerlik cərimə alıb. Bu səbəbdən o da startda mövqelərini itirəcək.

İdman.Biz