“Maklaren” Las-Veqas Qran-prisinə yenilənmiş aerodinamik döşəmə ilə çıxacaq

18 Noyabr 2026 17:22
52
“Maklaren” Las-Veqas Qran-prisinə yenilənmiş aerodinamik döşəmə ilə çıxacaq

“Maklaren” “Formula 1” üzrə Las-Veqas Qran-prisinə MCL40 bolidi üçün hazırladığı yenilənmiş aerodinamik döşəmə ilə çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, sərbəst yürüşlər zamanı bolidin hava müqavimətini azaltmağa yönəlmiş bir neçə texniki yenilik də sınaqdan keçiriləcək. Mühəndislər əldə olunan nəticələri təhlil etdikdən sonra bu yeniliklərin cümə günü tətbiq edilib-edilməyəcəyinə qərar verəcəklər.

“Maklaren” yenilənmiş texniki paket və bolidin sazlanması hesabına mümkün olan ən yaxşı nəticəni əldə etməyi hədəfləyir. Komandanın əsas məqsədi sınaqlar zamanı toplanan məlumatlardan istifadə edərək bolidin sürətini artırmaq və əlavə xallar qazanmaqdır.

İdman.Biz