“Red Bull” komandasının niderlandlı pilotu, dördqat “Formula-1” dünya çempionu Maks Ferstappen mövsümün son mərhələlərinin Qətər və Əbu-Dabidə keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
O, bu yarışlara səfər etmək istəmədiyini, lakin komandanın ora getməli olacağını bildirib.
İdman.Biz xəbər verir ki, pilot fikirlərini “Viaplay” telekanalının efirində dilə gəyirib.
“Orada nisbətən təhlükəsiz şəraitdə olmaq mümkündür. Ancaq təhlükə yenə də yaxındadır. Şəxsən mən ora getməməyimizi üstün tutardım, amma heç nə edə bilmərik. Getməli olacağıq.
Mənim fikrim dəyişməyib. Lakin “Formula-1” və Beynəlxalq Avtomobil Federasiyası (FIA) yarışın orada keçirilməsinin mümkün olduğunu açıq şəkildə bəyan edib. Buna görə də onlara etibar etməkdən başqa yolumuz yoxdur”, – deyə Ferstappen bildirib.
Qeyd edək ki, niderlandlı pilotun açıqlaması Qətər və Əbu-Dabi mərhələlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda səslənib.
