“Formula-1” rəsmi saytı, ekspert qiymətləndirmələrinə əsasən, 2026 mövsümünün ilk yarısının ən yaxşı sürücülərinin siyahısını açıqladı.
İdman.Biz bildirir ki, pilot sıralamasında hazırkı lider və "Mercedes" pilotu, italyan Andrea Kimi Antonelli siyahıya başçılıq edir.
Sürücülərə hər mərhələ üçün orta bal nəzərə alınmaqla 10 ballıq şkala üzrə reytinq verilib.
1. Andrea Kimi Antonelli (Mercedes) – 8.9.
2. Maks Ferstappen (Red Bull) – 8.0.
2. Lyuis Hemilton (Ferrari) – 8.0.
4. Pyer Qasli (Alpine) – 7.6.
4. Liam Louson (Racing Bulls) – 7.6.
4. Corc Rassell (Mercedes) – 7.6.
7. Arvid Lindblad (Racing Bulls) – 7,5
7. Lando Norris (McLaren) – 7,5
9. Şarl Lekler (Ferrari) – 7,4
10. İsak Hacar (Red Bull) – 7,0
10. Franko Kolapinto (Alp) – 7,0
