Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” Mayami Qran-prisinin əsas yarışının başlama vaxtını dəyişdirməyi düşünür.
İdman.Biz-in The Race-ə istinadən verdiyi məlumata görə, son qərar yarışın başlamasından 24 saat əvvəl, 2 may şənbə günü veriləcək.
Qeyri-müəyyənlik bazar günü üçün hava proqnozundan, eləcə də ABŞ-ın mövcud qaydalarından irəli gəlir. Göy gurultusu halında, açıq havada keçirilən bütün tədbirlər dərhal dayandırılmalı və iştirakçılar və tamaşaçılar təhlükəsiz qapalı ərazilərə köçürülməlidir.
Qeyd olunur ki, yarış zamanı göy gurultusu baş verərsə, yarış qırmızı bayraqlarla dayandırılacaq və avtomobillər pit-stopa qaytarılacaq və komandalar hava şəraiti yaxşılaşana qədər avtomobillərini park etməli olacaqlar.
