“Red Bull”dan Mayamidə inqilabi yeniliklər

1 May 2026 18:16
197
“Red Bull”dan Mayamidə inqilabi yeniliklər

“Formula-1” üzrə dünya çempionatında mübarizə aparan “Red Bull” komandası mövsümə uğursuz startdan sonra genişmiqyaslı yeniliklər paketini Mayami Qran-prisində sınaqdan keçirəcək. Texniki analizlər göstərir ki, “RB22” bolidində edilən dəyişikliklərin mərkəzində “Ferrari”nin pionerlik etdiyi qalmaqallı “Makarena” qanad konsepti dayanır.

İdman.Biz xəbər verir ki, mühəndislər arxa qanadın dizaynını tamamilə yeniləyərək rəqiblərin fəlsəfəsini öz texnologiyalarına uyğunlaşdırıblar. Aerodinamik dəyişikliklərlə yanaşı, bolidin yan hissələrinin profili də ciddi şəkildə dəyişdirilib. Bu addım “Red Bull”un “Ferrari” və “McLaren” ilə birlikdə mövsümün ən aqressiv inkişaf proqramını həyata keçirdiyini göstərir.

Komanda təkcə aerodinamika ilə kifayətlənməyərək, həm də çəkinin azaldılması proqramına start verib. Belə ki, şassinin qeyri-struktur komponentləri yenidən dizayn edilərək bolid yüngülləşdirilib. Bu gün start götürəcək Mayami yarış həftəsonu “Red Bull”un bu radikal addımlarının son çempionluq səviyyəsini geri qaytarıb-qaytarmayacağını müəyyən edəcək.

İdman.Biz