Kolapinto Messiyə “Formula-1” bolidini sürməyə icazə verəcək

1 May 2026 23:53
172
Kolapinto Messiyə “Formula-1” bolidini sürməyə icazə verəcək

Argentinalı “Formula-1” pilotu Franko Kolapinto “İnter Mayami” hücumçusu Lionel Messi ilə söhbətini danışıb.

“Messi məndən soruşdu: “Maşına minib daha yaxından baxa bilərəm?” Mən ona dedim: “Əlbəttə, hətta sürə də bilərsən”. Bəli, ümid edirəm ki, yarışa qatılacaq. Ona ehtiyatlı olmağı dedim, çünki paddok sahəsi məni bir az narahat edir - orada çoxlu tədbirlər var və böyük izdiham olacaq. Amma gəlsəydi, fantastik olardı.

İstəmirəm ki, pis təcrübə yaşasın. Ümid edirəm ki, gəlsə, bundan zövq alacaq, gəlməsə də, yarışı evdən izləyib oradan mənə azarkeşlik edə bilər, çünki bu, özü də mənim üçün böyük şərəf və böyük məmnuniyyət olardı", - Kolapinto deyib.

İdman.Biz