"Red Bull" üçün çəki problemi

6 Aprel 2026 07:15
431
"Red Bull" üçün çəki problemi

"Formula-1"də 2026-cı il mövsümünün startı “Red Bull” üçün texniki çətinliklərlə yadda qalıb. Komandanın yeni RB22 bolidinin çəki limiti ilə bağlı ciddi problemlər yaşadığı məlum olub.

İdman.Biz “Autoracer” nəşrinə istinadla xəbər verir ki, “Red Bull” bolidi hazırda müəyyən edilmiş minimum çəki limitindən (768 kq) xeyli ağırdır. Məlumata görə, mühəndislər bu problemi tam olaraq yalnız 2027-ci ildə, yeni şassi təqdim edildikdən sonra həll edə biləcəklər.

Qısamüddətli hədəf kimi Böyük Britaniya Qran-prisində təqdim olunacaq yeniliklər sayəsində bolidin çəkisini ən azı 5 kq azaltmaq planlaşdırılır.

Builki bolidlərin çəki göstəriciləri belədir:

“Ferrari”, “Mercedes” və “Audi” limitdən daha yüngül çəkiyə malikdir və əlavə ağırlıqlarla yarışırlar.

“Maklaren” minimum limitə tam uyğun gəlir.

“Haas” müəyyən olunan çəkidən 1 kq ağırdır.

“Alpin” 3 kq artıq çəkiyə malikdir.

“Rasinq Bullz” 5 kq daha ağırdır.

“Kadillak” 7 kq artıq çəki ilə mübarizə aparır.

“Red Bull” və “Aston Martin” limitdən 10 kq ağırdır.

“Uilyams” 26 kq artıq çəki ilə siyahının sonunda qərarlaşıb.

İdman.Biz