Keçmiş “Formula-1” pilotu Hayns-Harald Frentsen, Avstriyanın “Red Bull” komandası ilə dördqat çempion olan niderlandlı Maks Ferstappenə “Formula-1” yarışlarını tərk etməyi məsləhət görüb.
İdman.Biz bildirir ki, Ferstappen yarışın yeni texniki qaydalarından dəfələrlə narazılığını bildirib.
“Formula-1”də motivasiyanızı itirirsinizsə, ən yaxşısı ayrılmaq və ya heç olmasa fasilə verməkdir. Mən də belə etdim. Diqqətinizi itirirsinizsə, bu idman növü çox təhlükəlidir”, - deyə Frentsen sosial media səhifəsində yazıb.
