Cokoviç Ferstappeni qabaqlayıb

Xəbərlər
28 Dekabr 2023 17:53
131
Cokoviç Ferstappeni qabaqlayıb

Fransanın məşhur L'Équipe nəşri 2023-cü ilin ən yaxşı idmançılarının siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, serbiyalı tennisçi Novak Cokoviç ilin ən yaxşı kişi idmançısı nominasiyasının qalibi olub.

O, “Çempionlar çempionu” mükafatına yiyələnib. Bu, 2021-ci ildən sonra Cokoviçin ikinci qələbəsi olub.

Fransalı üzgüçü Leon Marşal ikinci, niderlandlı “Formula-1” pilotu Maks Ferstappen üçüncü olub.

Ən yaxşı qadın idmançı isə amerikalı gimnast Simona Baylz seçilib.

Qeyd edək ki, L'Équipe nəşrinin “Çempionlar çempion”u mükafatı 1946-cı ildən verilir.

İdman.biz

Məqalədə: