“Red Bull” 2026-cı il “Formula-1” mövsümü üçün avtomobillərinin yeni dizaynını təqdim edib - FOTO

Xəbərlər
16 Yanvar 2026 09:22
50
“Red Bull” 2026-cı il “Formula-1” mövsümü üçün avtomobillərinin yeni dizaynını təqdim edib - FOTO

ABŞ-nin Detroyt şəhərində “Ford” və “Red Bull” konserninin yeni yarış mövsümünə həsr olunmuş təqdimatı keçirilib.

İdman.Biz xəbər verir ki, tədbir çərçivəsində “Red Bull” komandasının 2026-cı mövsümdə istifadə edəcəyi “RB22” bolidinin yarış livreyası ictimaiyyətə nümayiş etdirilib.

Avstriya təmsilçisinin dizaynı ümumilikdə ənənəvi üslubda qalsa da, əvvəlki versiya ilə müqayisədə müəyyən dəyişikliklər edilib.

Belə ki, bu dəfə mat boya yerinə parlaq boya tətbiq olunub, mavi rəng isə daha açıq çalarda təqdim edilib.

Qeyd edək ki, dördqat dünya çempionu Maks Ferstappenin yeni komanda yoldaşı “Red Bull”a “Reysinq Bulls”dan keçən İsak Hadjar olacaq və fransalı pilot əsas komandada Yuki Tsunodanı əvəz edəcək.

İdman.Biz
Məqalədə: