Tyerri Anri: “Sosial şəbəkədəki səhifəm Azərbaycan bayraqları ilə dolu idi” - MÜSAHİBƏ

Müsahibə
20 Sentyabr 2025 14:23
87
Tyerri Anri: “Sosial şəbəkədəki səhifəm Azərbaycan bayraqları ilə dolu idi” - MÜSAHİBƏ

Futbol ekspertləri Tyeri Anri və Ceymi Karrager CBS Sports kanalında UEFA Çempionlar Liqasının I tur oyunlarını şərh edərkən “Qarabağ”ın Portuqaliya “Benfika”sı üzərində Lissabonda qazandığı (3:2) qələbəyə də toxunublar.

İdman.biz azerisport.com-a istinadən xəbər verir ki, Fransa millisinin futbolçusu olmuş Tyerri Anri deyib ki, bu həftə sosial şəbəkələrdə mənim lentim Azərbaycan bayraqları ilə dolu idi.

O, hesabında minlərlə mesaj gördüyünü vurğulayıb: "Mən sadəcə həqiqəti deməyə çalışırdım. ‘Qarabağ’ həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşıdırlar. Düşünürəm ki, əsas gücləri də budur”.

Qeyd edək ki, Anri “Benfika” ilə qarşılaşmadan əvvəl Ağdam təmsilçisinin sürpriz edəcəyini proqnozlaşdırmışdı.

Futbol eksperti Ceymi Karrager isə Anrinin proqnozundan təəccübünü gizlətməyib: “Əgər desəm ki, Tyerinin sosial şəbəkə hesablarında Azərbaycan bayraqlarını görəndə təəccüblənmədim, yalan danışmış olaram. O, artıq bütün Avropa üzrə proqnozlarını bölüşür. Mən onun "Qarabağ" haqqında dedikləri ilə razıyam. Bu, həqiqətən təsiredici komandadır. Nizam-intizam və oyun keyfiyyəti, həm top ilə, həm də topsuz – məhz bu, onları digərlərindən fərqləndirir. Düşünürəm ki, əsas gücləri də budur”.

İdman.biz