"Bavariya" rəsmiləri etiraf edib ki, Harri Keyn 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləsi bitmədən klubu tərk edə bilər.
İdman.biz talkSPORT-a istinadən xəbər verir ki, Bundesliqa eksperti Rafael Honiqştayn bununla bağlı fikirlərini bölüşüb.
O bildirib ki, hücumçunun bir-iki ilə İngiltərəyə qayıtması mümkündür və münhenlilər bu ssenariyə hazırlaşırlar: "Almaniyada heç kim Keynin bütün karyerasını "Bavariya"da keçirəcəyini gözləmir. Onun klubdan bir az tez ayrılma ehtimalı həmişə olub. Müqavilə 2027-ci ilə qədər qüvvədədir, lakin gələcəklə bağlı qərar çox tez bilər".
Qeyd edək ki, “Bavariya” yaxın günlərdə “Çelsi”dən Nikolas Ceksonu icarəyə götürüb. Seneqallı forvard artıq Keynin potensial varisi kimi nəzərdən keçirilir.
Hazırda isə Keyn mövsümün əsas hədəflərinə fokuslanıb: Bundesliqada çempionluğu qorumaq və karyerasında ilk dəfə Çempionlar Liqasını qazanmaq uğrunda mübarizə. Bundan əlavə, o, İngiltərə millisinin kapitanı kimi komandanı 2026-cı il dünya çempionatına aparmaq niyyətindədir.
Onun gələcəyi ilə bağlı məsələ, o cümlədən “Mançester Yunayted”ə mümkün keçid variantı, yəqin ki, cari mövsümün sonunda müəyyənləşəcək.
İdman.biz