"Qarabağ"ın rəqibləri: "Çelsi", "Liverpul", "Napoli" və "Ayaks" - YENİLƏNİB/VİDEO

Xəbərlər
28 Avqust 2025 21:04
123
"Qarabağ"ın rəqibləri: "Çelsi", "Liverpul", "Napoli" və "Ayaks" - YENİLƏNİB/VİDEO

Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi start götürüb.

İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibləri də müəyyənləşib.

IV səbətdə yer alan Qurban Qurbanovun komandası bu mərhələdə 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 matça çıxacaq.

"Qarabağ"a bəxtinə "Çelsi", "Liverpul", "Napoli", "Ayaks", "Atletik", "Benfika", "Kopenhagen" və "Ayntraxt" kimi rəqiblər düşüb.

IV səbət:

“QARABAĞ” (AZƏRBAYCAN): “Çelsi” (e), "Liverpul" (s), "Ayntraxt" (e), "Benfika" (s) "Ayaks" (e), "Napoli" (s), "Kopenhagen" (e), "Atletik" (s),

İdman.biz