İspaniyanın “Malyorka” futbol komandasının hücumçusu Vedat Muriqinin Türkiyənin “Fənərbağça” futbol klubuna qayıdışı gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, “Fənərbağça”nın yeni prezidenti Aziz Yıldırım ilk transfer addımını kosovolu forvardla bağlı atmağa hazırlaşır.
Bilirilir ki, Yıldırım həm futbolçu tərəfi, həm də “Malyorka” ilə danışıqlarda razılığa yaxınlaşıb. İspaniya təmsilçisi əvvəlcə Vedat Muriqi üçün 20 milyon avro (40 milyon AZN) tələb etsə də, danışıqlardan sonra bu məbləğin 15-16 milyon avroya (30-32 milyon AZN) endirilib.
Kosovolu hücumçunun həyat yoldaşı Edibe Muriqinin sosial şəbəkədə etdiyi paylaşım da “Fənərbağça” azarkeşləri arasında böyük maraq doğurub. Paylaşım futbolçunun İstanbul klubuna dönüş ehtimalını daha da gücləndirən detal kimi dəyərləndirilir.

Aziz Yıldırım “Fənərbağça”nın növbədənkənar seçkili ümumi yığıncağında 17 min 245 səs toplayaraq yenidən klub prezidenti seçilib.
Qeyd edək ki, Vedat Muriqi daha əvvəl də “Fənərbağça” futbol komandasının formasını geyinib.
