Qadın futbol millimiz Şimali Makedoniya matçına hazırlaşır - FOTO

8 İyun 2026 00:57
105
Qadın futbol millimiz Şimali Makedoniya matçına hazırlaşır - FOTO

Azərbaycanın qadınlardan ibarət futbol millisi Şimali Makedoniya ilə oyun öncəsi hazırlığını davam etdirir.

İdman.Biz xəbər verir ki, yığmamız səfər matçına hazırlıq çərçivəsində növbəti məşqinə çıxıb.

Milli komanda iyunun 10-dək Şimali Makedoniyada təlim-məşq toplanışında olacaq.

Qarşılaşma 9 iyunda, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Matç Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Bakıda Macarıstan yığması ilə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub.

İdman.Biz