Donnarumma PSJ-dən ayrılacağı barədə şayiələrin fonunda komanda ilə məşqdə

Xəbərlər
21 Avqust 2025 17:46
43
Donnarumma PSJ-dən ayrılacağı barədə şayiələrin fonunda komanda ilə məşqdə

“PSJ”nin qapıçısı Canluici Donnarumma bu gün Luis Enrikenin komandasının oyunçuları ilə məşq edib.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist İlays Piters X sosial şəbəkəsində məlumat paylaşıb.

Bildirilib ki, digər qapıçılar Matvey Safonov və Lukas Şavalye isə ayrı-ayrılıqda çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, Canluici avqustun 12-də klubdan ayrılacağı ilə bağlı şayiələr fonunda “PSJ” azarkeşlərinə müraciət edərək Paris komandasında qalmayacağını təsdiq edib. Qapıçının parislilərlə müqaviləsi 2026-cı ilə kimi nəzərdə tutulub. Bir müddət sonra isə "Mançester Siti"nin italiyalı qolkiperin xidmətində maraqlı olduğu barədə məlumat yayılıb.

İdman.biz