Tuxel DÇ-2026-dakı tarixi qələbədən sonra qəribə peşmanlığını açıqladı

16 Sentyabr 2026 13:33
84
Tuxel DÇ-2026-dakı tarixi qələbədən sonra qəribə peşmanlığını açıqladı

İngiltərə futbol millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-da Meksikaya qarşı keçirilən 1/8 final matçından sonra yaşadığı hisslərdən danışıb.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə Futbol Assosiasiyasının Daniel Starriclə hazırladığı “Reflections: England’s World Cup Journey” layihəsində maraqlı etiraf edib.

“Mən oyundan sonra dostuma yazdım ki, kaş matçdan sonra bir az ot yeyəydim və həmin anın bir hissəsini həmişəlik bədənimdə saxlayaydım. Hiss etdiyim məhz bu idi”, - deyə Tuxel bildirib.

İngiltərə Meksikanı “Asteka” stadionunda 3:2 hesabı ilə məğlub edib. Komanda Carrell Kuansanın qırmızı vərəqə almasından sonra ikinci hissənin böyük bölümünü on nəfərlə keçirib.

Tuxel həmin oyunun komanda daxilində xüsusi bağ yaratdığını da vurğulayıb. O, Cordan Hendersonun qələbə sevincini qeyd edərkən yıxılıb qolunu sındırmasından sonra bütün futbolçuların dərhal onun ətrafına toplaşmasını komanda ruhunun göstəricisi kimi qiymətləndirib.

Qeyd edək ki, İngiltərə DÇ-2026-da yarımfinala qədər irəliləyib, burada Argentinaya uduzub, daha sonra isə üçüncü yer uğrunda görüşdə Fransaya qalib gəlib.

İdman.Biz