Samba Kamaranın "Sumqayıt"a keçidi niyə alınmayıb? - SƏBƏB

Xəbərlər
15 Avqust 2025 15:51
37
Samba Kamaranın "Sumqayıt"a keçidi niyə alınmayıb? - SƏBƏB

Türkiyənin "Sivasspor" klubundan ayrılan Samba Kamaranın "Sumqayıt"a keçidinin baş tutmasının təfərrüatları bəlli olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi üçün təyyarə bileti alınıb, hətta o, ölkəmizə də gəlib.

Mali millisində bir oyun keçirmiş futbolçu maaş məsələsində "gənclik şəhəri" təmsilçisi ilə razılaşmadığı üçün geri qayıdıb.

Kamaranın istədiyi məbləğ "Sumqayıt" üçün əlçatmaz olub. Klub rəsmiləri ona bu məvacibi verə bilməyəcəklərini söyləyiblər.

Afrikalı oyunçu 2024/2025 mövsümündə "Sivasspor"da illik 211 min avro maaş alıb.

Qeyd edək ki, Kamara "Sivasspor" aşağı liqaya düşdüyü üçün klubla müqaviləsini yeniləməyib.

İdman.biz