2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini həll edib.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Türkiyənin "Sivasspor" klubunda çıxış etmiş Samba Kamara ilə anlaşıb.
Malidən olan 32 yaşlı müdafiəçinin azad agent kimi "Sumqayıt"a keçir. Transfer tezliklə rəsmən açıqlanacaq.
Qeyd edək ki, 2020-ci ildən "Sivasspor"da çıxış edən oyunçu komanda Superliqadan aşağı düşdüyü üçüb müqaviləsini yeniləməyib.
İdman.biz