FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
İdman.biz xəbər verir ki, o, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.
Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.
Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.
İdman.biz