FIFA prezidenti “Sabah” klubunu çempionluq münasibətilə təbrik edib - FOTO

21 May 2026 16:22
165
FIFA prezidenti “Sabah” klubunu çempionluq münasibətilə təbrik edib - FOTO

FIFA prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla "Sabah" klubunu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olması münasibətilə təbrik edib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məktubun məzmununu diqqətinizə çatdırırıq:

"Hörmətli prezident, Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu "Sabah" FK-nı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm".

İdman.Biz