Vüsal İsgəndərli: Santuş düz deyir, "Boluspor"da 4 mövqedə oynayırdım

Xəbərlər
29 İyul 2025 14:37
47
Vüsal İsgəndərli: Santuş düz deyir, "Boluspor"da 4 mövqedə oynayırdım

Hazırda Albaniyanın “Partizani” komandasında çıxış edən Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət almaması ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, 30 yaşlı oyunçu Teleqraf-a açıqlamasında yığmanın baş məşqçisi Fernandu Santuşun mövqeyi ilə razılaşdığını bildirib.

Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis haqlıdır: “Santuş həqiqətən də düz deyir. Baş məşqçi Ufuk Kahraman “Boluspor”da məni yarımmüdafiənin sağında və solunda, müdafiənin solunda və hücumun mərkəzində oynadıb. Halbuki əvəllər “Keşlə”də (indiki “Şamaxı” - red.) olduğum vaxt baş məçqi Tərlan Əhmədov mənə yalnız yarımmüdafiənin sağında və solunda şans verirdi. Məni “Boluspor”a gətirən baş məşqçi Yalçın Koşukavak isə fevralda komandaya yenidən qayıtdıqda hər mövqedə oynadığımı bildi və məni müdafiənin sağında oynatmağa başladı”.

İsgəndərli yeni komandasının heyətində daimi oynadığı üçün millidən dəvət gözlədiyini də əlavə edib: “Santuşun klublarında şans qazanmayan futbolçuların yığmaya dəvət olunmayacağına dair açıqlaması ilə tanışam. Bu səbəbdən, klubumda müntəzəm oynayaraq yenidən yığmaya dəvət almağı qarşıma məqsəd qoymuşam. Hazırda xarici pasport problemimin həlli ilə məşğulam. Ümid edirəm ki, sentyabrda başlayacaq 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün milliyə çağırılacağam”.

Qeyd edək ki, Vüsal İsgəndərli sonuncu dəfə Azərbaycan milllisinin formasını ötən ilin iyunun 7-də Albaniyaya qarşı yoldaşlıq matçında geyinib. O, yığmanın 1:3 hesabı ilə uduzduğu qarşılşmanın 59-cu dəqiqəsində meydana çıxıb. 30 yaşlı futbolçu bu yay Albaniyanın “Partizani” klubu ilə 1+1 illik müqavilə imzalayıb. O, yeni klubunda ilk rəsmi matçını UEFA Konfrans Liqasının I təsnifat mərhələsində evdə Estoniyanın “Kalyu” klubuna qarşı keçirib. Səfər matçında viza probleminə görə oynaya bilməyən təcrübəli oyunçu cavab görüşündə 90 dəqiqə meydanda olub. İlk matçın əsas vaxtı 1:1, səfər qarşılaşması isə 0:0 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda isə İsgəndərlinin komandası top buraxaraq, avrokuboklarda mübarizəni dayandırıb.

İdman.biz