“Araz-Naxçıvan” Rahil Məmmədovun transferini rəsmiləşdirib

Xəbərlər
25 İyul 2025 14:18
78
“Araz-Naxçıvan” Rahil Məmmədovun transferini rəsmiləşdirib

“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib.

İdman.biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb.

29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.

Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomyak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.

İdman.biz