"Sabah" Konfrans Liqasında Moldova klubuna rəqib olub

Xəbərlər
18 İyul 2025 00:52
136
"Sabah" Konfrans Liqasında Moldova klubuna rəqib olub

UEFA Avropa Liqası ilə vidalaşan "Sabah" mübarizəni Konfrans Liqasında davam etdirəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun qalibi II təsnifat mərhələsində "Petrokub"la üz-üzə gələcək.

Moldova təmsilçisi ilə ilk oyun iyulun 24-də səfərdə, cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.

"Petrokub" turnirin I təsnifat mərhələsində iki görüşün nəticəsinə görə, "Birkirkara"dan (Malta) güclü olub (0:1, 3:0).

Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat məhələsində "Selye" ilə mübarizədə turnirlə vidalaşıb - 2:3, 3:3.

İdman.biz