“Neftçi” Freddi Varqasın transferini rəsmiləşdirib - VİDEO

Xəbərlər
15 İyul 2025 16:22
63
“Neftçi” Freddi Varqasın transferini rəsmiləşdirib - VİDEO

“Neftçi” növbəti keçidini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, Bakı təmsilçi Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqası rənglərinə bağlayıb.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

İdman.biz