"Mançester Siti"dən 1 milyard funt sterlinqlik müqavilə - REKORD

Xəbərlər
15 İyul 2025 15:15
45
"Mançester Siti"dən 1 milyard funt sterlinqlik müqavilə - REKORD

"Mançester Siti" "Puma" ilə sponsorluq müqaviləsinin müddətini uzadıb.

İdman.biz xəbər verir ki, yeni saziş 2035-ci ilə qədər – 10 illik müddətə nəzərdə tutulub.

Bu müqavilə İngiltərə klubuna ildə 100 milyon funt sterlinq gəlir gətirəcək. Əvvəlki razılaşmaya əsasən, "Puma" "Siti"yə ildə 65 milyon funt ödəyirdi.

İldə 100 milyon funt və ümumilikdə 1 milyard funt sterlinq məbləğində müqavilə İngiltərə futbolu üçün rekord sayılır. 2023-cü ildə "Mançester Yunayted" "Adidas" ilə 10 il üçün 900 milyon funt dəyərində müqavilə imzalamış, "Liverpul" isə eyni istehsalçı ilə hər mövsüm üçün 60 milyon funtluq razılaşma əldə etmişdi.

"Puma" həmçinin "Siti"nin sahib olduğu digər klublar - "Melburn Siti", "Jirona", "Mumbai Siti" və digərləri ilə də əməkdaşlıq edir.

İdman.biz