“Qarabağ” “Tvente” ilə bu gün 2 oyun keçirəcək

Xəbərlər
11 İyul 2025 09:18
65
“Qarabağ” “Tvente” ilə bu gün 2 oyun keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha 2 yoxlama oyunu keçirəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu hər 2 görüşdə Niderland “Tvente”si ilə üz-üzə gələcək.

Komandalar arasında ilk matç saat 17:00-da, ikinci görüş saat 19:15-də başlayacaq.

Yoxlama oyunu
11 iyul

17:00. “Qarabağ” – “Tvente”
19:15. “Qarabağ” – “Tvente”
Alois Latini Stadion

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda Ukrayna "Metallist"inə (Xarkov) 4:5 hesabı ilə uduzub. Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Ağdam təmsilçisi Bakıdakı yoxlama görüşündə isə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.

İdman.biz