Dünya çempionatı: "Çelsi" finalda! - VİDEO

Xəbərlər
9 İyul 2025 01:03
119
Dünya çempionatı: "Çelsi" finalda! - VİDEO

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə "Fluminense" "Çelsi" ilə üz-üzə gəlib.

Qarşılaşma avropalıların üstünlüyü ilə keçib. Hər hissədə bir top vuran "Çelsi" finala yüksəlib. Hər iki qolun müəllifi Joao Pedro olub.

Klublararası dünya çempionatı
Yarımfinal
8 iyul

23:00. "Fluminense" (Braziliya) - "Çelsi" (İngiltərə) - 0:2
Qollar: Joao Pedro, 18; 56

Qeyd edək ki, sabah baş tutacaq digər yarımfinal görüşündə PSJ (Fransa) "Real"ı (Madrid, İspaniya) sınağa çəkəcək.

İdman.biz