Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Xəbərlər
7 İyul 2025 21:22
43
Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəflə Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani arasında görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüş zamanı AFFA və PFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.

İdman.biz