Şakir Seyidov yenidən "Kəpəz"də

Xəbərlər
5 İyul 2025 10:55
41
Şakir Seyidov yenidən "Kəpəz"də

Şakir Seyidov yenidən “Kəpəz”də çıxış edəcək.

Klubdan İdman.biz-ə verilən məlumata görə, futbolçu ilə iki illik müqavilə imzalanıb.

Müdafiəçi mövqeyində oynayan Seyidov 2023/2024-cü illər mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş oyunçu Gəncə təmsilçisində 28 matç keçirib və 1 qol vurub.

Qeyd edək ki, Şakir Seyidovun son klubu "Sabah" olub.

İdman.biz