Dünya çempionatında qrup mərhələsi yekunlaşıb – 1/8 final cütləri

Xəbərlər
27 İyun 2025 09:08
113
Dünya çempionatında qrup mərhələsi yekunlaşıb – 1/8 final cütləri

ABŞ-də keçirilən klublararası dünya çempionatında qrup mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, mərhələnin son günündə 2 görüş təşkil olunub.

H qrupunda III turun oyununda Madrid "Real”ı Avstriya "Zalsburq"u ilə qarşılaşıb. Görüş ispanların darmadağını ilə yekunlaşıb – 3:0.

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu isə Meksika "Paçuka"sini 2:0 hesabı ilə məğlub edib.

Nəticədə aktivində 7 xal olan "Real" və onlardan 2 xal geri qalan "Əl Hilal" qrupda ilk pillələri tutaraq, pley-off mərhələsinə yüksəliblər. "Zalsburq"la (4) və "Paçuka" (0) isə mundialla vidalaşıblar.

Beləliklə, qrup mərhələsinin yekununa əsasən, 1/8 final cütləri dəqiqləşib.

Dünya çempionatı
1/8 final

28 iyun
20:00. "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)
00:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

29 iyun
20:00. PSJ (Fransa) - "İnter Mayami" (ABŞ)
00:00. "Flamenqo" (Braziliya) - "Bavariya" (Almaniya).

30 iyun
23:00. "İnter" (İtaliya) - "Fluminense" (Braziliya)

1 iyul
05:00. “Mançester Siti” (İngiltərə) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
23:00. “Real Madrid” (İspaniya) – “Yuventus” (İtaliya)

2 iyul
05:00. "Borussiya" (Dortmund, Almaniya) - "Monterrey" (Meksika)

İdman.biz