Ötən yay futbolçu karyerasını başa vuran İlkin Qırtımov məşqçiliyə başlamağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə sport24.az yazıb.
Zaqatala futbol məktəbinin yetirməsi artıq sözügedən məsələ ilə bağlı qərarını verib. O, “Qəbələ” Futbol Akademiyasında çalışacaq. Tərəflər arasında hələ ki, rəsmi müqavilə imzalanmasa da, Qırtımovun “qırmızı-qaralar”ın U-19 komandasında Famil Xəlilovun köməkçisi olacağı gözlənilir.
Qeyd edək ki, İlkin Qırtımov futbolçu karyerası ərzində “Simurq” (fəaliyyətini dayandırıb), “Neftçi”, “Kəpəz”, “Qəbələ” klublarının formasını geynib. Keçmiş müdafiəçi beş oyunda Azərbaycan millisinin heyətində meydana çıxıb.
