“Sabah” Ukrayna yığmasında oymamış futbolçu ilə müqavilə imzaladı

18 Oktyabr 2026 22:48
98
“Sabah” Ukrayna yığmasında oymamış futbolçu ilə müqavilə imzaladı

Ukraynanın “Bukovina” klubunun futbolçusu, Ukrayna U-17 və U-19 yığmasında da oynamış Rolan Mustafayev Azərbaycanda oynayacaq.

İdman.Biz sportal.az saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi “Sabah”la anlaşıb.

18 yaşlı futbolçu Azərbaycan çempionu ilə üç illik müqavilə imzalayıb.

Mustafayev əvəzedici heyətdə oynayacaq.

AFFA-nın yığma komandalarımıza cəlb etmək istədiyi Rolan “Sumqayıt”ın hazırkı futbolçusu Emil Mustafayevin kiçik qardaşıdır.

İdman.Biz