Abdullah Zubir: "Hamımız təmsil etdiyimiz klub və regionla fəxr edirik"

Xəbərlər
25 İyun 2025 18:23
36
Abdullah Zubir: "Hamımız təmsil etdiyimiz klub və regionla fəxr edirik"

"Biz heç vaxt 'Qarabağ' adının bizə verdiyi məsuliyyəti unutmuruq. Komandanın tarixi həmişə yaddaşımızdadır".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan çempionu "Qarabağ"ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir deyib.

O, komandanın Füzuli, Şuşa və Xankəndi şəhərlərinə səfərindən aldığı təəssüratları bölüşüb: "Biz bura ilk dəfə gəlmirik, amma bu səfərlər həmişə xüsusi anlarla yadda qalır. Burada olanda bu diyarın böyüklüyünü daha dərindən dərk edirsən. Burada insanlar çox mehriban və qonaqpərvərdir, bu torpağın qədim tarixini hiss edirsən. Bu, insanda xüsusi duyğular və hisslər yaradır. Hamımız təmsil etdiyimiz klub və regionla fəxr edirik".

İdman.biz