Azərbaycanın minifutbol komandası qışda heyətində bəzi dəyişikliklər edəcək

Xəbərlər
4 Dekabr 2025 17:08
30
Azərbaycanın minifutbol komandası qışda heyətində bəzi dəyişikliklər edəcək

“Aznur” minifutbol komandası qışda heyətində bəzi dəyişikliklər edəcək.

Bu barədə komandanın baş məşqçisi Rəcəb Fərəczadə məlumat verib.

O, bəzi oyunçularla maraqlandıqlarını bildirib.

“Qışda komandanı kiminsə tərk edəcəyi gündəmdə deyil. Lakin bəzi yerli və xarici futbolçularla maraqlanırıq. İndidən ad çəkmək düzgün olmaz. Hələlik rəsmi anlaşma yoxdur”, - deyə baş məşqçi AZƏRTAC-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, “Aznur” hazırda ölkə çempionatında 6 turdan sonra 15 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 18 xalla “Zirə” başçılıq edir.

İdman.Biz

Məqalədə: