Qadınlardan ibarət futbol millimiz FIFA turnirinin qalibi olub - YENİLƏNİB + VİDEO

Xəbərlər
2 Dekabr 2025 18:55
207
Qadınlardan ibarət futbol millimiz FIFA turnirinin qalibi olub - YENİLƏNİB + VİDEO

Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində ikinci oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, millimiz növbəti oyununda Banqladeşlə üz-üzə gəlib.

Qarşılaşma 2:1 hesabı ilə yığmamızın qələbəsi ilə bitib.

Komandamızın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya vurub. Bununla da millimiz 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.

17:12

Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində ikinci oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Banqladeş yığması ilə üz-üzə gələn komandamızın baş məşqçisi Siyasət Əsgərovdur.

09:44

Bu gün Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində ikinci oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığması ilə üz-üzə gələcək.

Görüş Milli Stadionda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz